Ermənistan parlamentinin spikeri Alen Simonyan din xadiminin siyasətlə məşğul olmasını qəbuledilməz hesab edir.
Xezerxeber.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu barədə arxiyepiskop Baqrat Qalstanyanın etiraz hərəkatını jurnalistlərə şərh edərkən deyib.
“Siyasət ticarətdir və İncil deyir: “Mənim atamın evini bazara çevirməyin!”. Sizcə biz beynəlxalq tərəfdaşlarla danışıqlar aparanda bu ticarət deyil? Koalisiya yaradırsansa, siyahı tərtib edirsən, bu özü sövdələşmədir. Və kilsə öz işini yarımçıq qoyub, indi bununla məşğuldur”, - o deyib.