Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvanın İran prezidenti və onu müşayiət edən şəxslərinlərin ölümü ilə nəticələnmiş helikopter qəzasının səbəblərinin araşdırılmasına kömək etməyə hazır olduğunu bildirib.
Xezerxeber.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Şoyqu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiana ünvanladığı mesajda prezident İbrahim Rəisinin vəfatı ilə əlaqədar başsağlığı verib. Başsağlığı verənlər arasında Dövlət Dumasının və Federasiya Şurasının rəhbərləri, Baş nazir, xarici işlər naziri, Pravoslav Kilsəsinin arxiyepiskopu, Rusiya Müftilər Şurasının rəhbəri və bir sıra digər rəsmi şəxslər də var.