Xəzər Xəbər

Türkiyənin dövlət strukturlarında fəaliyyət göstərən 44 FETÖ üzvü saxlanılıb

Dünya | 13:25 • 21 May 2024
Türkiyənin dövlət strukturlarında fəaliyyət göstərən 44 FETÖ üzvü saxlanılıb

Türkiyəndə FETÖ terror təşkilatına qarşı növbəti genişmiqyaslı əməliyyat keçirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, Türkiyədə terror təşkilatı mənsublarının aşkarlanması istiqamətində aparılan araşdırmalarda ölkənin dövlət strukturlarında aktiv fəaliyyət göstərən 46 nəfərin FETÖ ilə əlaqəsinin olduğu müəyyənləşdirilib. Onların Türkiyənin rəsmi orqanlarında terror təşkilatının “gizli məsul şəxsi” olaraq fəaliyyət göstərdiyi bildirilir. Şübhəlilərin saxlanılması istiqamətində başladılan əməliyyat mərkəzi Ankara olmaqla Türkiyənin 28 vilayətində paralel şəkildə aparılıb. Nəticədə şübhəlilərdən 44-ü ələ keçirilib.

Araşdırma daha əhatəli şəkildə davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar