Xarkov yaxınlığında istirahət mərkəzinə endirilən zərbə nəticəsində azı 7 nəfər həlak olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram” kanalında paylaşım edib.
“Dövlət Fövqəladə Hallar Xidmətinin dalğıc xidmətinin bölmələri Çerkasskaya Lozovaya kəndində kişi meyitinin fraqmentlərini aşkarlayıblar. Dəlillər müəyyən olunur”, - deyə Sinequbov yazıb.
Hazırda 28 nəfərin xəsarət alması barədə məlumat var.
Dünən, mayın 19-da Xarkovda iki partlayış olub. Sonradan yerli hakimiyyət orqanları qəbiristanlığa və populyar istirahət mərkəzinə zərbələr endirilməsi barədə məlumat veriblər.