Xəzər Xəbər

Çin lideri Si Cinpin İran Prezidentinin ölümü ilə əlaqədar başsağlığı verib

Dünya | 15:00 • 20 May 2024
Çin lideri Si Cinpin İran Prezidentinin ölümü ilə əlaqədar başsağlığı verib

Çin Xalq Respublikasının Sədri Si Cinpin İran Prezidenti Seyid İbrahim Rəisinin helikopter qəzasında həlak olmaları ilə bağlı başsağlığı verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Vam Venbin mayın 20-də nazirliyin ənənəvi mətbuat brifinqində bildirib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin mayın 19-da qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub. Hadisə ilə əlaqədar İranda 5 günlük matəm elan edilib.

Xəbər lenti

Çox oxunanlar