Xəzər Xəbər

Rusiya Prezidenti Seyid İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib

Dünya | 14:09 • 20 May 2024
Rusiya Prezidenti Seyid İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə başsağlığı verib.

Xezerxeber.az xəbər verir ki, Vladimir Putin Prezident İbrahim Rəisinin və ölkənin digər tanınmış dövlət xadimlərinin həyatına son qoyan aviasiya qəzasını “İran İslam Respublikasının xalqı üçün böyük faciə” adlandırıb.

Onun sözlərinə görə, Seyid İbrahim Rəisi bütün həyatını Vətənə xidmətə həsr etmiş görkəmli siyasətçi idi. “O, haqlı olaraq həmvətənliləri tərəfindən yüksək etimada və ölkədən xaricdə mühüm nüfuza malik idi. Rusiyanın əsl dostu olaraq, o, ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına çox qiymətli şəxsi töhfə verib, bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxması üçün böyük səylər göstərib”, - deyə vurğulayan RF Prezidenti əlavə edib ki, Seyid İbrahim Rəisi ilə dəfələrlə görüşmək ona nəsib olub və o, “bu ən gözəl insan haqqında parlaq xatirəni” həmişəlik qoruyub saxlayacaq.

Xəbər lenti

Çox oxunanlar