İran Prezidenti, qardaşım, hörmətli Seyid İbrahim Rəisi və heyətinin helikopter qəzası keçirməsi bizi dərindən kədərləndirdi.
Türkiyə Cümhuriyyəti olaraq hadisəni İranın rəsmi orqanları ilə tam təmas və koordinasiyada yaxından izlədiyimizi və hər cür lazımi dəstəyi göstərməyə hazır olduğumuzu bildirmək istərdim.
Xezerxeber.az xəbər verir ki, bu ifadələr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran Prezidenti Seyid İbrahim Rəisinin olduğu helikopterin sərt eniş etməsi ilə bağlı açıqlamasında yer alıb.
“Qonşumuz, dost və qardaş İran xalqına və hökumətinə millətim adından keçmiş olsun diləklərimi çatdırır, hörmətli Rəisi və nümayəndə heyətindən ən qısa zamanda xoş xəbərlər almağı ümid edirəm”, - deyə Türkiyə Prezidenti bildirib.