Xəzər Xəbər

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Dünya | 15:34 • 19 May 2024
Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Biz Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik. Biz gedib o müharibəni aparmaq niyyətində deyilik.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps BBC telekanalına müsahibəsində deyib. O, jurnalistin Böyük Britaniya və ABŞ-ın İsraili hədəf alan raketləri vurmağı, amma Ukraynanı hədəf alan Rusiya raketlərini vurmamağı ilə bağlı sualını cavablandırıb. Nazir deyib ki, iki münaqişə arasında fərq var və Britaniya Rusiya ilə birbaşa münaqişədə olmaq istəmir.

Qrant Şapps Ukraynanın Rusiya daxilində hücumlar etmək üçün Britaniya tərəfindən təchiz edilmiş silahlardan istifadə etməsinin məqbul olub-olmadığı ilə bağlı sualı da cavablandırıb. Nazir suala birbaşa cavab verməyib və deyib ki, o, məsələ ilə bağlı təfərrüata vara bilməz: “Ukrayna silahlardan Krım da daxil olmaqla bütün Ukraynada öz ölkəsini müdafiə etmək üçün istifadə etməlidir”.

Xəbər lenti