İsrailin müdafiə naziri Benni Qants baş nazir Benyamin Netanyahuya ultimatum verib.
Ondan Qəzzada münaqişənin həlli üçün razılaşdırılmış vizyona riayət etməsini tələb olunub. Tələblərin içərisində HAMAS-ın məğlubiyyətindən sonra Qəzzanı kimin idarə edəcəyi məsələsi də var. Benni Qants elan edib ki, tələblərə cavab verilməsə koalisiyanı tərk edəcək.
Bu barədə "Times of Israel" məlumat yayıb.
Hökumətin digər üzvlərinin qəzəbinə səbəb olan açıqlamada Qants, bəzi İsrail liderlərinin qorxaqlığı ucbatından Qəzzadakı müharibənin son aylar kursdan çıxdığına inandığını söyləyib.
Qantsın sözlərinə görə, hərbi kabinet “altı strateji məqsədə” nail olmaq üçün fəaliyyət planı hazırlamalı və təsdiq etməlidir. (APA)