Polşanın Baş naziri Donald Tusk Polşanın Rusiya və Belarusla sərhədlərini möhkəmləndirmək məqsədilə nəzərdə tutulan “Şərq Qalxanı” üçün 10 milyard zlotı (2,6 milyard dollar) ayrıldığını açıqlayıb.
Xezerxeber.az xəbər verik ki, bu barədə “Bloomberg“ məlumat yayıb.
“Biz istəyirik ki, sərhədimiz sülh dövründə təhlükəsiz, müharibə vaxtı keçilməz olsun”, - Baş nazir qeyd edib.
Tuskun sözlərinə görə, hökumət artıq layihənin hazırlanmasına başlayıb.
“Şərq qalxanı” adlanan plana Polşanın quru sərhədinin 400 km-lik hissəsində yeni istehkamların, hasarların salınması, relyefin formasının dəyişdirilməsi və xüsusi meşə əkilməsi daxildir. Tədbirlər Polşanı qeyri-qanuni miqrasiyadan və mümkün hərbi işğaldan qorumaq üçün nəzərdə tutulub.