Xəzər Xəbər

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemləri sınaqdan keçiriir

Dünya | 09:01 • 19 May 2024
Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemləri sınaqdan keçiriir

Türkiyənin Mersin əyalətində inşa edilən “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) ilk reaktorunun sistem və avadanlıqlarının istismara verilməsi və sınaqdan keçirilməsi prosesi təsdiq edilmiş qrafikə uyğun olaraq davam etdirilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə “Akkuyu Nuklear” ASC-nin Tikinti və istehsalın təşkili üzrə direktoru Denis Sezyomin bildirib.

Onun sözlərinə görə, Türkiyənin ilk AES-inin birinci enerji blokunda tikinti və digər işlərin əsas mərhələsi faktiki olaraq başa çatıb. Stansiyanın maksimum təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür.

“Akkuyu Nuklear” ASC-nin nümayəndəsi qeyd edib ki, nüvə yanacağının yüklənməsi üçün avadanlıqların quraşdırılması, həmçinin ümumi çəkisi 3 min ton olan boruların çəkilməsi işləri başa çatmaq üzrədir.

Denis Sezyomin AES kompleksinin bəzi binalarının, xüsusilə dəniz suyunun duzsuzlaşdırılması sistemi və laboratoriyaların demək olar ki, istifadəyə hazır olduğunu deyib.

Xatırladaq ki, “Akkuyu” AES layihəsinə Rusiya istehsalı olan III+ nəsil VVER reaktorları olan dörd enerji bloku daxildir.

AES-in hər bir enerji blokunun gücü 1200 MVt təşkil edəcək. AES-in tikintisi dünya atom sənayesində “inşa et-sahib ol-idarə et” modelinə əsasən həyata keçirilən ilk layihədir.

Xəbər lenti

Çox oxunanlar