Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım göstərmək üçün hökumətdən əlavə 3,8 milyard avro istəyib.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, Almaniya Müdafiə Nazirliyi bu maliyyə ilində Ukraynaya yardım üçün əlavə 3,8 milyard avroya ehtiyac olduğunu bildirib. Qəzet qeyd edir ki, Almaniya hökumətinin bu il Kiyevə hərbi dəstək üçün ayırdığı 7,1 milyard avrodan demək olar ki, hər şey paylanıb, yeni silah və ya sursatların alınmasına isə cəmi 300 milyon vəsait qalıb.
Almaniyanın müdafiə departamentinin rəhbəri Boris Pistorius mayın 15-də kansler Olaf Şolz, mayın 16-da isə maliyyə naziri Kristian Lindnerlə görüşüb. Əlavə vəsait tələbi iyun ayında təsdiq üçün parlamentə təqdim edilməlidir.