Xəzər Xəbər

Ukraynada elektrik stansiyalarının bərpasına 38 milyon dollar ayrılıb

Dünya | 14:37 • 18 May 2024
Ukraynada elektrik stansiyalarının bərpasına 38 milyon dollar ayrılıb

Ukrayna Nazirlər Kabineti Rusiyanın hücumları nəticəsində dağılmış iki əsas istilik elektrik stansiyasının (İES) bərpası üçün 38 milyon dollardan çox vəsait ayırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin mətbuat xidməti məlumat yayıb. Həmin vəsait şərqi Xarkov vilayətində Zmiivska İES-in və Ukrayna paytaxtının kənarında yerləşən Tripilska İES-in yenidən qurulmasına yönəldiləcək.

Ukraynanın Baş naziri Denis Şmıqal İES-lərin bərpasının mümkün qədər tez aparılmalı olduğunu söyləyib.

Məlumatda bildirilir ki, M2200 meqavat gücündə olan Zmiivska İES mart ayında raket hücumu nəticəsində dağılıb. Aprel ayında isə Kiyev regionunda 1800 meqavat gücündəki əsas enerji obyekti Tripilska İES hücuma məruz qalıb.

Rusiya martın 22-dən bəri Ukraynanın enerji infrastrukturuna beş raket və dron hücumu həyata keçirib .

Xəbər lenti

Çox oxunanlar