BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahının rəhbərliyi təşkilatın büdcəsinə qənaət etmək üçün binada kondisioner sistemini söndürmək qərarına gəlib.
Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, qənaət tədbirləri arasında BMT kompleksinə daxil olarkən avtomatik qapılara elektrik enerjisinin verilmə müddətinin azaldılması, tərcüməçilərin iş vaxtından artıq işləməsinin qadağan edilməsi və yeni işçilərin qəbulunun məhdudlaşdırılması da var.
BMT administrasiyası iştirakçı ölkələr tərəfindən təşkilata ödənilən vəsaitlər gecikdiyinə görə xərcləri azaltmaq qərarına gəlib. Bu il quruma daxil olan 193 ölkənin üçdə birindən çoxu üzvlük haqqını köçürməyib və borc məbləği 1,7 milyard dolları ötüb. “Bloomberg”in məlumatına əsasən, ABŞ-nin təşkilata 763 milyon dollar borcu var.