Xəzər Xəbər

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyaları genişləndirib

Dünya | 22:44 • 17 May 2024
Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya hökuməti Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. 

Xezerxeber.az-ın xəbərinə görə, Britaniya hökuməti elan edib ki, Rusiya və KXDR-in qeyri-qanuni tərəfdaşlığı səbəbindən Şimali Koreyanın bir, Rusiyanın isə iki şirkətinə sanksiyalar tətbiq olunub, onların aktivləri dondurulub. Şimali Koreyanın “Paekyanqsan” şirkətinin Rusiya ilə KXDR arasında neft məhsullarının ötürülməsi ilə KXDR-in hərbi proqramlarının asanlaşdırılmasında iştirak etdiyi bildirilib.

Qeyd edək ki, Britaniya hökuməti daha əvvəl Rusiyanın Şimali Koreyadan alınan ballistik raketlərdən Ukraynaya qarşı istifadə etmək qərarını pisləyib.

ABŞ isə bu həftənin əvvəlində Ukraynada istifadə üçün ballistik raketlər də daxil olmaqla, Rusiya ilə Şimali Koreya arasında silah ötürülməsini asanlaşdıran üç rus şirkətinə və iki Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

Xəbər lenti

Çox oxunanlar