Xəzər Xəbər

Qəzza zolağında İsrail ordusunun daha beş hərbçisi həlak olub

Dünya | 13:39 • 16 May 2024
Qəzza zolağında İsrail ordusunun daha beş hərbçisi həlak olub

Qəzza zolağında HƏMAS hərəkatı ilə döyüşlərin gedişində İsrail ordusunun beş hərbi qulluqçusu “dost atəşi” nəticəsində həlak olub.

Xezerxeber.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin məlumatına görə, çərşənbə günü baş verən insident dörd çavuşun və bir kapitanın ölümü ilə nəticələnib. Ən azı 8 nəfərin də yaralandığı bildirilir.

Beləliklə, Qəzza zolağında HƏMAS-a qarşı 2023-cü ilin oktyabr ayının sonlarında başlayan yerüstü əməliyyatlarda “dost atəşi” və digər bədbəxt hadisələr nəticəsində həlak olan İsrail hərbçilərinin sayı 49 nəfərə çatıb.

Son məlumatlara əsasən, Fələstin-İsrail münaqişəsinin yeni dalğasında yəhudi dövləti ümumilikdə 626 əsgərini itirib.

Xəbər lenti

Çox oxunanlar