Ukraynanın 47-ci mexanikləşdirilmiş əlahiddə briqadasının döyüşçüləri Rusiyaya məxsus "Ka-52 Alliqator” tipli hücum helikopterini vurublar.
Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı “RBK-Ukraina” yayıb.
Hərbi mütəxəssislərin bildirdiyinə görə, bu helikopterin qiyməti 16 milyon dollardır.
Helikopterin heyət üzvlərinin taleyi barədə məlumat verilməyib.