Xəzər Xəbər

Belqorodun atəşə tutulması nəticəsində 19 nəfər ölüb

Dünya | 11:08 • 13 May 2024
Belqorodun atəşə tutulması nəticəsində 19 nəfər ölüb

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərinə hücumu zamanı dağılan binada ölənlərin sayı 19 nəfərə çatıb.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Məlumata görə, mayın 13-də dağıntılar altından 15 nəfərin meyiti çıxarılıb. Bildirilib ki, mayın 12-də baş verən atışma nəticəsində 3 nəfər ölüb, daha bir yaralı qadın xəstəxanada ölüb.

Qubernator qeyd edib ki, atışma zamanı 27 nəfər yaralanıb, onlardan 6-sı dövlət hospitalına yerləşdirilib.

Xəbər lenti

Çox oxunanlar