Rusiyanın Avropa hissəsində mayın ilk 10 günü meteoroloji ölçmələr tarixində ən soyuq dövr hesab edilir.
Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi işlər üzrə direktoru Roman Vilfand məlumat verib.
“Rusiyanın Avropa hissəsi Arktikadan gələn soyuq hava kütlələrini özündə saxlayıb. Moskvanın qərb və şərqindəki antisiklon Şimal Buzlu Okeandan daxil olan hava kütlələrini toqquşmasına səbəb olub. Hava kütlələri yalnız Qara dəniz və ya Yeni Torpaq istiqamətindən deyil, soyuq regionlar olan Laptevlər dənizi və Şərqi Sibir dənizindən də gəlir. Temperatur normadan 8-10 dərəcə Selsi aşağı enib”, - deyə Vilfand bildirib.