İranın Londondakı səfirliyinin müvəqqəti işlər vəkili Böyük Britaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Britaniya XİN açıqlama yayıb.
Bildirilib ki, Britaniya İranın İsrailə birbaşa və misli görünməmiş hücumunu, eləcə də İordaniya və İraqın hava məkanını pozmasını qəti şəkildə pisləyir: “Yaxın Şərqdə böyük gərginlik yaşandığı bir vaxtda bu, İran tərəfindən son dərəcə təhlükəli və lazımsız eskalasiya idi. İran hakimiyyəti gərginliyi azaltmaq, ehtiyatsız və qeyri-qanuni davranışını dayandırmaq üçün mənalı və təcili tədbirlər görməlidir”,- deyə məlumatda qeyd olunub.