İranın müdafiə naziri Məhəmməd Rza Aştiyani qonşu ölkələrə xəbərdarlıq edib.
Xezerxeber.az xəbər verir ki, nazirin sözlərinə görə, İsrailə İrana hücum etmək üçün öz hava məkanını və ya ərazisini açan istənilən ölkə onlardan qəti cavab alacaq.
Qeyd edək ki, bu gün (14 aprel) İran İsrailə qarşı “Doğru Vəd” adlı əməliyyata başladığını və İsrailə onlarla PUA və raket atdığını təsdiqləyib.