ABŞ-nin Qüdsdəki səfirliyinin əməkdaşlarına və onların ailələrinə İranın İsrailə qarşı cavab tədbirləri görmək təhdidləri fonunda böyük şəhərlərdən kənara çıxmaq qadağan edilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə diplomatik missiyasının saytında dərc edilmiş məlumatda deyilir.
“Təhlükəsizlik səbəbindən ABŞ hökuməti İsraildəki işçilərinə və onların ailə üzvlərinə növbəti bildirişə qədər Tel-Əvivdən, Qüdsdən və Beer-Şebadan kənarda şəxsi səyahətləri qadağan edilib”, - məlumatda deyilir.