Xəzər Xəbər

ABŞ İranı sakitləşdirmək İSTƏYİR

Dünya | 08:31 • 12 Aprel 2024
ABŞ İranı sakitləşdirmək

ABŞ dövlət katibi Antoni Blinken bir sıra ölkələrin rəsimləri ilə təmasları zamanı İranı İsraillə münaqişəni gərginləşdirməkdən çəkinməyin vacibliyini izah etməyə çağırıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller növbəti brifinqdə bildirib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ-ın təmasda olduğu ölkələr arasında Türkiyə, Səudiyyə Ərəbistanı və Çinin adını çəkib. O aydınlaşdırıb ki, Avropa ölkələri ilə də diplomatik qarşılıqlı fəaliyyət aparılır.

Onun sözlərinə görə, Vaşinqton bundan sonra da Tehrana vəziyyəti gərginləşdirməyin nə onun, nə də Yaxın Şərqdəki digər ölkələrin maraqlarına uyğun olduğunu çatdırmağa çalışacaq: “Ümid edirik ki, digər tərəfdaşlar da bu mesajı İrana çatdıracaqlar”.

Xəbər lenti

Tağı Əhmədov vəfat edib
21:15 • 18 Oktyabr 2024