Xəzər Xəbər

Ukraynada müharibə nəticəsində 542 uşaq həlak olub

Dünya | 12:00 • 11 Aprel 2024
Ukraynada müharibə nəticəsində 542 uşaq həlak olub

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə indiyədək 542 ukraynalı uşaq həlak olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" hesabında məlumat verilib. 

"2022-ci ilin fevralın 24-dən başlayan Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində indiyə qədər Ukraynada 542 uşaq həlak olub, 1289 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda deyilir.

Baş Prokurorluq bildirib ki, bu rəqəm yekun deyil, döyüşlərin davam etdiyi ərazilərdə, müvəqqəti işğal altında olan bölgələrdə və yeni azad olunan məntəqələrdə araşdırmalar davam edir.

Xəbər lenti

Kahramanmaraşda zəlzələ olub
16:31 • 19 Oktyabr 2024