Xəzər Xəbər

Kim Çen In: KXDR münaqişə olacağı təqdirdə düşməni məhv edəcək

Dünya | 09:56 • 11 Aprel 2024
Kim Çen In: KXDR münaqişə olacağı təqdirdə düşməni məhv edəcək

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Hərbi-siyasi akademiyada olarkən bildirib ki, əgər düşmənlər “qarşıdurmanı seçsələr”, ölkənin silahlı qüvvələri onları məhv edəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. Məlumata görə, KXDR lideri zorakılıq və silahlı münaqişələrın artması səbəbindən ciddi şəkildə pisləşən mürəkkəb beynəlxalq vəziyyəti, habelə KXDR ətrafında qeyri-sabit və qeyri-müəyyən hərbi-siyasi vəziyyəti təsvir edib. “İndi müharibəyə həmişəkindən daha çox əsaslı hazırlıq işləri aparmaq lazımdır. Hazırlıqlar daha etibarlı və qüsursuz olmalıdır, söhbət təkcə müharibədən deyil, həm də qalib gəlməli olan müharibədən gedir”, - deyə Kim Çen In bildirib. O, həmçinin qeyd edib ki, hərbi münaqişədə qələbənin dəyişməz açarı - “ideyalar və hərbi metodun üstünlüyü” ilə say və texniki üstünlüyün öhdəsindən gəlməkdir.

Xəbər lenti

Samuxda ZƏLZƏLƏ
15:00 • 20 Oktyabr 2024