Xəzər Xəbər

Ermənistanla Avropa İttifaqı arasında yeni sənəd imzalanb

Dünya | 17:54 • 5 Aprel 2024
Ermənistanla Avropa İttifaqı arasında yeni sənəd imzalanb

Ermənistanla Avropa İttifaqı arasında “Eurojust” layihəsi ilə bağlı sənəd imzalanıb.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, sənədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Belçikanın ədliyyə və Şimal dənizi məsələləri üzrə naziri Pol Fan Tixelt və Avropa İttifaqının ədliyyə məsələri üzrə komissarı Didye Reynders imza atıb. 

Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin eyni və ya oxşar səlahiyyətləri olan prokuror, hakim, o cümlədən polis əməkdaşlarının üzv olduğu bu təşkilatın əsas funksiyası transsərhəd və ya mütəşəkkil cinayətkarlıqla dayanıqlı mübarizəni gücləndirməkdən ibarətdir.

Xəbər lenti

Çox oxunanlar