Xəzər Xəbər

Türkiyə Avropa ilə bağlanan CFE müqaviləsindən çıxdığını BƏYAN EDİB

Dünya | 14:50 • 5 Aprel 2024
Türkiyə Avropa ilə bağlanan CFE müqaviləsindən çıxdığını

Türkiyə Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən (CFE) çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə qərar ölkənin rəsmi qəzetində dərc olunub.

Sənəddə göstərilir ki, rəsmi Ankara aprelin 8-dən sonra sənədin heç bir müddəalarına əməl etməyəcək.

Qərar mətnində həmçinin, Rusiya bu sənəddən çıxdıqdan sonra NATO-nun həmin anlaşmanın qüvvəsini və digər dövlətlərin ona qoşulması ilə bağlı sorğuları dayandırdığı bildirilib.

Qeyd edək ki, Rusiya 1990-cı ildə imzalanan və alyansın tərkibindəki rəqib dövlətlərin sərhəd bölgələrində qoşun cəmləşdirməsini qadağan edən müqavilədən 2023-cü ildə çıxıb.

Xəbər lenti