Xəzər Xəbər

Stoltenberq: Ukraynaya silah tədarükü NATO-nun təhlükəsizliyi üçün sərmayədir

Dünya | 14:36 • 4 Aprel 2024
Stoltenberq: Ukraynaya silah tədarükü NATO-nun təhlükəsizliyi üçün sərmayədir

Ukraynada hərbi əməliyyatlar NATO-nun təhlükəsizliyi üçün vacibdir və Kiyevə silah tədarükü alyans ölkələrinin öz təhlükəsizliyinə qoyduqları sərmayədir.

Xezerxeber.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu fikri Ukrayna-NATO Şurasının xarici işlər nazirləri səviyyəsində planlaşdırılan iclası çərçivəsində Ukraynanın xarici işlər naziri Dimitri Kulebanın da qatıldığı brifinqdə deyib.

“Sizin etdikləriniz NATO-nun təhlükəsizliyi üçün çox vacibdir. Ukraynaya dəstək xeyriyyəçilik deyil, alyans ölkələrinin öz təhlükəsizliyinə sərmayəsidir”, - deyə Yen Stoltenberq bildirib.

Onun sözlərinə görə, dünən NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Ukraynanın təhlükəsizliyinin təmin olunması üçün daha güclü institusional strukturun qurulmasını müzakirə ediblər.

“Ukraynaya bütün hərbi yardımın 99 faizini NATO ölkələri verir. Kiyev uzunvədəli perspektivdə könüllü silah tədarükündən daha az asılı olmalı və NATO-nun öhdəlikləri çərçivəsində daha çox silah almalıdır”, - deyə Baş katib əlavə edib.

Xəbər lenti