Xəzər Xəbər

Əbdül Fəttah əs-Sisi Misir prezidenti kimi and içib

Dünya | 14:44 • 2 Aprel 2024
Əbdül Fəttah əs-Sisi Misir prezidenti kimi and içib

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Nümayəndələr Palatasının (parlament) üzvləri qarşısında konstitusiya andı içib və bununla da rəsmi olaraq üçüncü dəfə dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

Xezerxeber.az xəbər verir ki, Prezident Aparatı tərəfindən canlı yayımlanan andiçmə mərasimi Misirin yeni inzibati paytaxtında baş tutub.

Qeyd edək ki, 2023-cü ilin dekabrında ölkədə keçirilən prezident seçkilərində Əbdül Fəttah əs-Sisi 90 faiz səslə qalib gəlib. Misir qanunlarına görə, prezidentin səlahiyyət müddəti altı ildir. Əbdül Fəttah əs-Sisi həmin seçkilərdə üçüncü və mövcud konstitusiyaya görə sonuncu dəfə namizədliyini irəli sürüb.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024