Xəzər Xəbər

Türkiyədə bələdiyyə seçkilərində SON VƏZİYYƏT FOTO

Dünya | 08:15 • 1 Aprel 2024
Türkiyədə bələdiyyə seçkilərində SON VƏZİYYƏT

Türkiyədə keçirilən bələdiyyə seçkilərində verilən səslərin 99 faizindən çoxu hesablanıb.

Xezerxeber.az "AA"-ya istinadən xəbər verir ki, seçkilərin hazırkı nəticələrinə görə, böyükşəhər bələdiyyələrindən 14-də CHP, 12-də AKP, 3-də DEM Partiya, 1-də isə Yenidən Rifah partiyası irəlidədir.

Ölkə üzrə lider Cümhuriyyət Xalq Partiyası (CHP) 37,74% səs toplayıb.

Hakim Ədalət və İnkişaf Partiyası isə 35,49% səslə ikinci sıradadır.

Səslərin 6,19 %-ni Yeniden Refah, 5,68%-ni DEM Partiyası, 4,98%-ni isə MHP toplayıb.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29% səslə birinci, AK Partidən olan Turqut Altınok isə 31,74% səslə ikinci yerdədir.

İstanbulda CHP-dən Əkrəm İmamoğlu 51,05% səslə birinci, AK Partidən Murat Kurum 39,60%-lə ikincidir.

İzmirdə CHP 48,88%, AKP isə 37,11 faiz səs toplayıb.

Qaziantepdə AK Parti 38,80%-lə liderdir, CHP 28,11 faiz səslə ikincidir.

AKP Konyada 49,43% səslə birinci yerdədir, burada 23,29% səslə Yeniden Refah partiyası ikincidir.

Qeyd edək ki, Türkiyənin Ali Seçki Komissiyası seçkilərin yekun nəticələrini bu gün elan edəcəyini açıqlayıb.

Xəbər lenti

Çox oxunanlar