Xəzər Xəbər

Ərdoğan bələdiyyə seçkilərində səs verib

Dünya | 15:51 • 31 Mart 2024
Ərdoğan bələdiyyə seçkilərində

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkiləri çərçivəsində səs veriblər.

Xeserxeber.az xəbər verir ki, ölkə başçısı və birinci xanım İstanbulun Üskudar rayonunda yerləşən 3308 saylı seçki məntəqəsində səsvermə hüquqlarından istifadə ediblər.

Qeyd edək ki, Türkiyədə keçirilən bələdiyyə seçkiləri yerli vaxtla saat 08:00-də başlayıb və 17:00-də başa çatacaq.

Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.

Türkiyə Daxili İşlər Nazirliyi bildirib ki, seçkilərin təhlükəsizliyini 600 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı, eləcə də könüllülər təmin edir.

Xəbər lenti