Xəzər Xəbər

Rusiya ərazisinə kütləvi hücum olub, ölən və yaralananlar var

Dünya | 10:29 • 23 Mart 2024
Rusiya ərazisinə kütləvi hücum olub, ölən və yaralananlar var

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiya ərazisinə kütləvi hücum edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Bryansk, Belqorod, Voronej və Saratov vilayətlərinə hücum olub.

Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Həmçinin fərdi yaşayış binalarına ziyan dəyib.

Xəbər lenti

Çox oxunanlar