Xəzər Xəbər

Rusiyada terror aktı zamanı yaralananların sayı 115 nəfərə çatıb

Dünya | 10:14 • 23 Mart 2024
Rusiyada terror aktı zamanı yaralananların sayı 115 nəfərə çatıb
Moskvadakı “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində 115 nəfər xəsarət alıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə operativ qərargah məlumat yayıb.
Yaralıların 5-i uşaqdır.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Moskva vaxtı ilə saat 10-da həlak olanların ilkin siyahısının dərc ediləcəyini bildirib.

Qeyd edək ki, terror aktında ölənlərin sayının 82-ə çatdığı bildirilir. Onlardan 3-ü uşaqdır.

Terror aktı qurbanlarının sayı arta bilər.

Xəbər lenti

Çox oxunanlar