Xəzər Xəbər

Rusiya 56 Kanada vətəndaşına qarşı sanksiya tətbiq edib

Dünya | 09:41 • 23 Mart 2024
Rusiya 56 Kanada vətəndaşına qarşı sanksiya tətbiq edib

Rusiya 56 Kanada vətəndaşını sanksiya siyahısına əlavə edib.

Xezerxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Liberal Castin Trüdo hökuməti tərəfindən Rusiya rəhbərliyinin, işgüzar dairələrin, elm və vətəndaş cəmiyyətinin nümayəndələrinə, habelə nasistyönümlüləri qoruyan rəsmi Ottavanın bəyənmədiyi hər kəsə qarşı davamlı olaraq tətbiq etdiyi sanksiyalara cavab olaraq 56 Kanada vətəndaşının Rusiya Federasiyasına girişi həmişəlik qadağan olunub”, - deyə bəyanatda bildirilib.

Xarici İşlər Nazirliyi qeyd edib ki, Rusiya Federasiyası Kanada hərbi-sənaye kompleksində fəaliyyət göstərən bir neçə şirkətin rəhbərliyinə qarşı da sanksiyalar tətbiq edib.

Sanksiyalar siyahısına Kanadadakı Ukrayna diasporunun nümayəndələri də daxildir.

Xəbər lenti

Çox oxunanlar