Xəzər Xəbər

Qərbi Avropa liderlərinin Ukraynadakı müharibə strategiyaları iflasa uğrayıb

Dünya | 09:09 • 23 Mart 2024
Qərbi Avropa liderlərinin Ukraynadakı müharibə strategiyaları iflasa uğrayıb

Qərbi Avropa liderləri onların Ukraynadakı müharibə strategiyalarının iflasa uğradığını etiraf etməlidirlər.

Xezerxeber.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.  

"Əgər onlar səylərinin ən azı yarısını silah tədarükünə deyil, sülhə yönəltsəydilər, atəşkəs çoxdan əldə edilərdi” - nazir bildirib.

Siyarto hesab edir ki, Avropa ölkələri öz davranışları ilə getdikcə kəskinləşən “dünya müharibəsi təhlükəsi”ni daha da yaxınlaşdırır. Diplomat Avropa İttifaqı rəhbərlərini “odla oynamağı” dayandırmağa və münaqişənin Avropada döyüş səhnəsinə çevrilməməsi üçün sözügedən ölkələri onun eskalasiyasına qarşı çıxmağa çağırıb.

Qeyd edək ki, Budapeştin bu tənqidi Fransa Prezidenti Emmanuel Makronun bu yaxınlarda Avropa qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü açıqlamasından sonra səsləndirilib.

Xatırladaq ki, NATO-nun Baş katibi Yens Stoltenberq Makronun sözlərindən sonra onun vacib məsələlərdə, xüsusən də Ukraynaya qoşun göndərmək məsələsində məsləhətləşməsini xahiş edib. O qeyd edib ki, alyans öz əsgərlərini Ukrayna Silahlı Qüvvələrinə kömək üçün göndərməyəcək və üstəlik, münaqişə tərəfi kimi çıxış etməyəcək.

 

Xəbər lenti

Çox oxunanlar