Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 60-ı ötüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, ölənlərin sayının artacağı istisna edilmir.
Qeyd edək ki, terror aktı nəticəsində 100-dən çox insanın xəsarət aldığı bildirilir.