Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Krokus Siti Holl”da insanlara atəş açılıb.
İlkin məlumatlara görə, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 130-dan çox yaralanan var.
“Krokus siti holl” konsert zalında törədilmiş terror aktı ilə bağlı Moskva vilayətində terrorçuluq maddəsi üzrə cinayət işi açılıb.
Bu barədə məlumatı Rusiya Federasiyası İstintaq Komitəsinin telegram kanalı bildirib.
“Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Moskva vilayətində baş vermiş terror aktı ilə bağlı cinayət işi açıb. “Krokus siti holl” konsert zalında baş vermiş insident əsasında Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror aktı) ilə cinayət işi açıb”, – İstintaq Komitəsinin teleqram kanalında deyilir.
Rusiya İstintaq Komitəsinin mərkəzi aparatının istintaq qrupu hadisə ilə bağlı araşdırma aparır.