Dünyanın son 20 ildə necə dəyişdiyinin şahidiyik. Qərbi Avropa ölkələrinin inkişafına xidmət etmək üçün Avropa İttifaqı yaradıldı. Ancaq biz Avropa İttifaqı olaraq böyük səhvlər buraxmışıq. Bu qitədə dağıdıcı müharibələr baş verib.
Xezerxeber.az xəbər verir ki, bunu Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Regional perspektivlər: Avropa İttifaqı və onun qonşuları” mövzusunda panel iclasında çıxışı zamanı bildirib.
Sabiq Prezident Brüsselin bürokratik səhvlərini indi ölkələrin hiss etdiyini vurğulayıb. O deyib ki, Avropa İttifaqı qonşularının da maraqlarını müdafiə etməlidir.