ABŞ İsrailə hərbi yardım tempini azaldıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə İsrailin yüksək rütbəli rəsmisi ABC televiziyasına bildirib.
Rəsminin sözlərinə görə, İsrail və HƏMAS arasında münaqişənin başlanğıcında ABŞ-nin hərbi yardımı daha intensiv idi, lakin zaman keçdikcə çatdırılmalar azalıb.
Gecikmələrin səbəbləri açıqlamayıb, lakin qeyd edilib ki, İsrail ABŞ-nin münaqişədən məyus olmasından və yəhudi dövləti tərəfindən Qəzza zolağına humanitar yardım çatdırmaq üçün kifayət qədər addım atılmamasından xəbərdardır.