Avropa İttifaqı ölkələri Rusiyanın Avropada dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Kiyev üçün silah alışını maliyyələşdirmək üçün istifadə etmək niyyətindədir.
Xezerxeber.az xəbər verir ki, bunu Berlində Almaniya Kansleri Olaf Şolts Fransa Prezidenti Emmanuel Makron və Polşanın Baş naziri Donald Tusk ilə birgə mətbuat konfransında deyib.
“Biz gələn həftə yenidən görüşəcəyik və bu məsələləri Avropa Şurasındakı tərəfdaşlarımızla müzakirə edəcəyik”, - deyə Almaniya Kansleri qeyd edib.