Moskvada prezident seçkilərinin keçirildiyi məntəqələrin birində qadın səsvermə qutusuna boya töküb.
Xezerxeber.az Rusiya mediasına istinadla xəbər verir ki, qadın bülleteni qutuya atarkən Ukraynanı dəstəkləyən şüarlar qışqırıb.
Hazırda o, polis tərəfindən saxlanılıb.
Rusiyanın seçkilərə ictimai nəzarət qərargahından bildiriblər ki, yararsız hala düşən qutu bağlanıb, məntəqədə səsvermə prosesi davam edir.