Ukrayna Silahlı Qüvvələri cəbhə xəttindəki qoşunların rotasiyasına başlayıb.
Xezerxeber.az Ukrayna mediasına istinadla xəbər verir ki, Silahlı Qüvvələrin baş komandanı Oleksandr Sırski bu barədə sosial media hesabında yazıb.
Onun sözlərinə görə, bütün cəbhə xətti boyu çətin vəziyyətin olmasına baxmayaraq, döyüş tapşırıqlarını yerinə yetirən birləşmələrin rotasiyası prosesinə başlanılıb. Sırski rotasiyanın döyüş meydanında vəziyyəti sabitləşdirməyə kömək edəcəyini və ukraynalı əsgərlərin mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərəcəyini vurğulayıb.
Ali Radanın bu ayın sonunda ölkənin səfərbərlik qaydalarını sərtləşdirən qanun layihəsini səsverməyə çıxaracağı gözlənilir.