Xəzər Xəbər

Rusiya Prezidenti Ukrayna münaqişəsinin həlli şərtlərindən danışıb

Dünya | 11:58 • 13 Mart 2024
Rusiya Prezidenti Ukrayna münaqişəsinin həlli şərtlərindən danışıb

Moskva Ukrayna məsələsi üzrə hazırda mövcud olan reallıqlar əsasında danışıqlara hazırdır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalist Dmitri Kiselyova müsahibəsində bildirib.

V.Putin deyib: “Bununla belə, biz ciddi danışıqlara hazırıq və bütün münaqişələri, o cümlədən bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Amma özümüz üçün dəqiq və aydın şəkildə müəyyən etməliyik ki, bu, qarşı tərəfin yenidən silahlanması üçün istifadə edəcəyi pauza deyil, Rusiya Federasiyasının təhlükəsizliyi üzrə qarantiyaların müzakirə ediləcəyi ciddi danışıqlardır”.

Rusiya Prezidenti onu da qeyd edib ki, danışıqlar əsnasında Ukraynanın da təhlükəsizliyi təmin olunmalıdır. O əlavə edib: “Bizə qarantiyalar lazımdır. Onlar, həmçinin qeyd edilməlidir və elə olmalıdır ki, bizi qane etsin və inandırsın. Söhbət məhz bundan gedir”.

Xəbər lenti