Danimarka Ukraynaya 330 milyon dollar dəyərində növbəti hərbi yardım paketini açıqlayıb. Buraya “Caesar” özüyeriyən artilleriya qurğuları da daxildir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Danimarka “Caesar” üçün Fransa ilə, 155 millimetrlik artilleriya mərmiləri üçün isə Estoniya və Çexiya ilə əməkdaşlıq çərçivəsində pul ayırıb.
"Artilleriya və minaatan sistemlərinə Ukraynada böyük tələbat var. Bu yardım paketi ilə biz Ukraynanın azadlığı uğrunda mübarizəyə mühüm töhfə veririk. Yardım müttəfiqlərimizlə əməkdaşlıq çərçivəsində həyata keçirilir və Ukraynanı dəstəklədiyimizə dair mühüm siqnaldır”, - məlumatda deyilir.
Bu, artıq Danimarkanın Ukraynaya göstərdiyi 16-cı hərbi yardım paketidir.