Rusiyanın Ryazan vilayətinə pilotçuş uçuş aparatı ilə hücum olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb
Hədəflərdən biri neft emalı zavodu olub. Hazırda ərazidə yanğın başlayıb. Yerli sakinlərin sözlərinə görə, zavod üç PUA ilə vurulub.
Ryazan neft emalı zavodunda baş verən yanğının sahəsi 100 kvadratmetrdir.
Mənbələrin verdiyi məlumata görə, istilik dəyişdirici bloku yanır. Hadisə yerinə bir neçə yanğınsöndürən briqada cəlb olunub.