Xəzər Xəbər

Avropa Komissiyası Rusiya aktivlərindən istifadəyə dair təklif hazırlayır

Dünya | 08:50 • 13 Mart 2024
Avropa Komissiyası Rusiya aktivlərindən istifadəyə dair təklif hazırlayır

Avropa Komissiyası (AK) martın 21-22-də keçiriləcək Aİ sammitinə Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynaya yardım üçün istifadəsinə dair qanunvericilik təklifi hazırlayır.

Xezerxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə AK rəhbərinin müavini Valdis Dombrovskis Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

"Aİ-nin martın 21-22-də keçiriləcək sammiti ərəfəsində biz daha sonra üzv ölkələr tərəfindən müzakirə ediləcək qanunvericilik təklifi hazırlayırıq. İş davam etdirilir və təklif tezliklə açıqlanacaq", - deyə o vurğulayıb.

Bundan əvvəl Avropanın daxili bazar məsələləri üzrə komissarı Tyerri Breton bildirib ki, Aİ Ukraynanın cəbhədə bundan sonra da dəstəklənməsi məqsədilə hərbi sənayesini maliyyələşdirmək üçün Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən istifadə etməlidir.

Xəbər lenti

Çox oxunanlar