İranda Novruz çərşənbələri ilə bağlı mərasimlərdə 26 nəfər ölüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi bildirib.
Bildirilib ki, şənliklərdə yaralananların sayı 4360-ü keçib.
İranın Fövqəladə Hallar Xidmətinin rəhbərinin sözlərinə görə, bayram günlərində 1400-ə yaxın təcili tibbi yardım stansiyası yüksək hazırlıq vəziyyətinə gətirilib.
Təkcə Tehranda gün ərzində yanğın təhlükəsi ilə bağlı 1800 çağırış daxil olub, 2 paytaxt sakini ölüb.