Xəzər Xəbər

Zelenski Rusiya ilə dialoqun perspektivini görmür

Dünya | 16:18 • 12 Mart 2024
Zelenski Rusiya ilə dialoqun perspektivini görmür

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə dialoq formatının perspektivini görmür.

Xezerxeber.az xəbər verir ki, Volodimir Zelenski “Le Monde” və BFM TV-yə müsahibəsində Rusiyanın artıq Odessa limanında Ukrayna ilə həyata keçirmək istədiyi “dialoq formatı”nı nümayiş etdirdiyini söyləyib.

Ukrayna Prezidenti vurğulayıb ki, əgər fasilə olarsa, bu, Rusiyaya hazırlaşmaq imkanı verəcək və növbəti “Minsk” formatı olacaq.

“Bu dəfə Rusiya Ukraynanın tam işğalı ilə gələcək, lakin Putin daha əvvəldə etdiyi səhvləri etməyəcək”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, təkcə “Normand” formatında deyil, Minsk prosesində müxtəlif səviyyələrdə 200-ə yaxın danışıqlar olub. “Bu fasilə Putin üçün oksigen kimidir. Bu pauza sülh danışıqları deyil, nəfəs almaqdır” - deyə Ukrayna Prezidenti vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar