Xəzər Xəbər

Avropa İttifaqında suya görə münaqişələr baş verə bilər

Dünya | 14:00 • 7 Mart 2024
Avropa İttifaqında suya görə münaqişələr baş verə bilər

Avropa İttifaqı ölkələri su ehtiyatlarının çatışmazlığı ilə bağlı fikir ayrılığına düşə bilərlər.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa Komissiyasının məxfi sənədinə istinadla məlumat yayıb.

Sənəddə deyilir ki, tez-tez baş verən quraqlıqların əsrin sonunadək Avropa İttifaqının iqtisadi artımını yeddi faiz azaldacağı, infrastruktura, səhiyyəyə və iqtisadiyyata zərər vuracağı gözlənilir.

Avropa Komissiyası su qıtlığını həyatın bütün aspektlərini təhdid edən problem hesab edir. “Bu risklər müxtəlif formalarda özünü göstərəcək. Su ehtiyatları uğrunda artan rəqabət həm dövlətlər daxilində, həm də transsərhəd su ehtiyatları uğrunda münaqişələrə səbəb olacaq”, - deyə nəşrin istinad etdiyi sənəddə bildirilir.

Artıq bəzi Avropa ölkələri quraqlığın fəsadları ilə üzləşib, su ilə bağlı münaqişələr qeydə alınıb. Fevralın əvvəlində İspaniyanın Kataloniya hökuməti quraqlıq səbəbindən regionun əksər hissəsində fövqəladə vəziyyət rejimi elan edib, sudan istifadəyə məhdudiyyətlər qoyulub. Su qıtlığı Kataloniya və Araqon muxtariyyətləri arasında Ebro çayı ilə bağlı münaqişəyə səbəb olub. Ötən ilin martında isə Fransada yeni su anbarlarının tikintisinə qarşı irimiqyaslı etiraz aksiyaları keçirilib.

Xəbər lenti

Çox oxunanlar