Xəzər Xəbər

CNN: Odessadakı partlayış Zelenski və Mitsotakisin kortejinin 500 metrliyində baş verib

Dünya | 13:38 • 7 Mart 2024
CNN: Odessadakı partlayış Zelenski və Mitsotakisin kortejinin 500 metrliyində baş verib

Odessa şəhərindəki dünənki partlayış Ukrayna Prezidenti Volodimir Zelenski və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin kortejinin 500 metrliyində baş verib.

Xezerxeber.az xəbər verir ki, CNN telekanalı bu barədə öz mənbəyinə istinadla məlumat yayıb.

Məlumata görə, kortejdə olanlar partlayışın zərbəni hiss ediblər və “göbələyə bənzər” tüstü buludu görüblər. Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk partlayış nəticəsində Zelenskinin və Mitsotakisin xəsarət almadığını bildirib.

Qeyd edək ki, martın 6-da Yunanıstan baş nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ukraynaya səfər edərək Prezident Volodimir Zelenski ilə görüşüb. Yunanıstan mediası Odessada Yunanıstan nümayəndə heyətinin 150 metrliyində olan Ukrayna prezidentinin kortejinin pilotsuz təyyarə hücumuna məruz qaldığını yazıb.

Xəbər lenti

Çox oxunanlar